Tədbirlər
Tədbirlər və görüşlər

15.10.2026
Bakıda Beynəlxalq Pərakəndə Forumu 2026 keçiriləcək!
“Dialoq. Gələcək. İqtisadiyyat.” şüarı altında təşkil olunan forum müasir pərakəndə ticarətin inkişaf perspektivlərinin, sektorun strateji əhəmiyyətinin və mövcud çağırışlarının müzakirəsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və dövlət-biznes dialoqunun gücləndirilməsi üçün yüksək səviyyəli platforma olacaq.
ətraflı →
12.10.2026
TŞİİB və JRA arasında əməkdaşlıq imkanları müzakirə olunub
Tokioda keçirilən APRCE 2026 çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Yaponiya Pərakəndəçilər Assosiasiyası (JRA) arasında görüş keçirilib.
ətraflı →
02.10.2026
Yunanıstan-Azərbaycan Biznes Forumu çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Yunanıstan Pərakəndəçilər Assosiasiyası (SELPE) arasında Anlaşma Memorandumu imzalanıb.
Memorandum iki ölkənin pərakəndə sektorları arasında əlaqələrin inkişafı üçün institusional əsas yaradır və Birliyin beynəlxalq əməkdaşlığının genişlənməsində mühüm addımdır.
ətraflı →
01.10.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi 1-2 oktyabr tarixlərində Bakıda keçirilən CAMCA Regional Forum 2026-da iştirak edir.
Dünyanın müxtəlif ölkələrindən dövlət, biznes və ekspert dairələrinin nümayəndələrini bir araya gətirən forumda regional əməkdaşlıq, iqtisadi əlaqələrin genişləndirilməsi, investisiyalar və innovasiyalar müzakirə olunur.
ətraflı →
01.10.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Yunanıstan–Azərbaycan biznes forumunda iştirak edir.
Birliyin forumda iştirakı pərakəndə ticarət və təchizat sahələrində əməkdaşlıq imkanlarının dəyərləndirilməsi, Yunanıstanın istehsalçı və təchizatçıları ilə üzv şəbəkələr arasında birbaşa işgüzar əlaqələrin təşviqi məqsədi daşıyır.
ətraflı →
01.10.2026
TŞİİB-in Yunanıstana işgüzar səfəri başlayıb
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi pərakəndə ticarət sahəsində beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi məqsədilə Yunanıstanda işgüzar səfərdədir.
ətraflı →
25.09.2026
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF 2026) iştirak edir.
Forumun gündəliyində investisiya, regional ticarət, logistika və rəqəmsal transformasiya məsələləri yer alır. Diqqətimiz pərakəndə sektorunda təchizat zəncirlərinin gücləndirilməsi, ödənişlərin səmərəliliyinin artırılması və yeni tərəfdaşlıqların qurulması imkanlarına yönəlib.
ətraflı →
24.09.2026
Sentyabrın 24-də “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Azərbaycan Gömrük Təmsilçiliyi və Logistika Şirkətlərinin Assosiasiyası (AGTL) arasında anlaşma memorandumu imzalanıb.
Memorandum gömrük rəsmiləşdirilməsi, idxal-ixrac və logistika üzrə təcrübə mübadiləsinə, təchizatın dayanıqlığının və üzv şirkətlərin fəaliyyət səmərəliliyinin artırılmasına yönəlib.
ətraflı →
10.09.2026
Pərakəndənin ortaq gələcəyi və yeni əməkdaşlıq imkanları
İstanbulda keçirilən “Perakende Zirvesi 2026”da iştirakımız davam edir. İkinci günün əsas mövzuları sektorlararası əməkdaşlığın dəyişdirici gücü və pərakəndədə yeni ticarət yanaşmalarıdır. Günün proqramında TPF və digər assosiasiyalar ilə yanaşı, Coca-Cola İçecek, ETİ, Evyap, Nestlé Türkiye, Unilever Türkiye, Sütaş və digər şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələri yer alır.
ətraflı →
10.09.2026
Azərbaycan pərakəndəsi “Perakende Zirvesi 2026”da
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Türkiyə Pərakəndəçilər Federasiyasının (TPF) dəvəti ilə İstanbulun Haliç Konqres Mərkəzində keçirilən 17-ci “Perakende Zirvesi”ndə iştirak edir. Pərakəndəçiləri, istehsalçıları və təchizatçıları bir araya gətirən tədbir konfrans və sərgi proqramını əhatə edir.
ətraflı →
23.06.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının final mərhələsindən görüntülər
ətraflı →
09.06.2026
Azərbaycan Banklar Assosiasiyası ilə “Ticarət Şəbəkələrinin İnkişafı” İctimai Birliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Sənəd bank sektoru ilə pərakəndə ticarət şəbəkələri arasında institusional əməkdaşlığın inkişaf etdirilməsini, nağdsız ödənişlər ekosisteminin təkmilləşdirilməsini və bank xidmətlərinin ticarət şəbəkələrinin əməliyyat ehtiyaclarına uyğunlaşdırılması üzrə dialoqun gücləndirilməsini nəzərdə tutur.
ətraflı →
05.06.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının yarımfinal mərhələsindən görüntülər
ətraflı →
04.06.2026
"Ticarət Şəbəkələrinin İnkişafı" ictimai birliyi IV Milli Kibertəhlükəsizlik Forumunda iştirak edir.
Forum çərçivəsində rəqəmsal təhlükəsizlik, informasiya sistemlərinin qorunması, kiberdayanıqlığın artırılması və müasir çağırışlara uyğun təhlükəsizlik mexanizmləri müzakirə olunur.
ətraflı →
02.06.2026
Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyi Minskdə keçirilmiş Belarus–Azərbaycan biznes forumunda təmsil olunub.
Forum çərçivəsində iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı, institusional təmasların gücləndirilməsi və pərakəndə ticarət şəbəkələri üçün idxal imkanları müzakirə edilib.
ətraflı →
02.06.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının ikinci turundan görüntülər
ətraflı →
15.05.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının birinci turundan görüntülər
ətraflı →
08.05.2026
Püşkatma mərasimi
Ticarət Şəbəkələri arasında futbol çempionatının püşkatma mərasimi keçirilib
ətraflı →
07.05.2026
Ticarət Şəbəkələri arasında futbol çempionatının püşkatma mərasimi keçirilib
ətraflı →
24.04.2026
TŞİİB sədri “Retail Technology Show 2026” beynəlxalq sərgi və konfransında iştirak edib.
Avropanın aparıcı pərakəndə texnologiyaları platformalarından biri hesab olunan tədbirdə süni intellekt, omni-channel həllər, retail media, rəqəmsal ödənişlər, təchizat zəncirinin idarə olunması və müştəri təcrübəsi sahələrində təqdim edilən ən son yeniliklərlə tanışlıq olub.
ətraflı →
19.03.2026
TŞİİB Böyük Britaniya səfirinin rəsmi qəbulunda iştirak edib.
Tədbirdə pərakəndə ticarət sektoru nümayəndələri və sahibkarlar bir araya gələrək sektorda mövcud inkişaf meyillərini və əməkdaşlıq imkanlarını müzakirə ediblər. TŞİİB-in İdarə Heyətinin sədri Araz İmanov səfir və səfirliyin nümayəndələri ilə görüş keçirərək pərakəndə ticarət sektorunun inkişafı, eləcə də British Retail Consortium ilə əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıb.
ətraflı →
10.12.2025
“İstehlakçı siyasəti” üzrə yeni Texniki Komitə yaradılıb
Komitənin yaradılmasında əsas məqsəd istehlakçıların hüquqlarının daha səmərəli qorunması, məhsul və xidmətlərin keyfiyyəti, təhlükəsizliyi və istehlakçılara təqdim olunan məlumatların beynəlxalq standartlara uyğunlaşdırılması, eləcə də bu sahədə dövlət qurumları və ictimai birliklər arasında əməkdaşlığın gücləndirilməsidir.
ətraflı →
19.11.2025
TŞİİB Türkiyənin Qida Pərakəndəçiləri Dərnəyi ilə niyyət protokolu imzalayıb
Sənəd tərəflər arasında pərakəndə sektorunda əməkdaşlığın genişləndirilməsini, bilik və təcrübə mübadiləsini, birgə işçi qruplarının yaradılmasını və sektoral inkişafı dəstəkləyən tədbirlərin təşkilini nəzərdə tutur. Protokolun imzalanması, eyni zamanda, gələcək birgə layihələr və institusional əməkdaşlıq üçün mühüm platforma yaradır.
ətraflı →
12.06.2025
Bakıda “Kiçik və orta biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusunda media müsabiqəsinin qalibləri mükafatlandırılıb
Mərasimdə çıxış edən Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin baş katibi Araz İmanov pərakəndə ticarət sektorunun ölkə iqtisadiyyatında mühüm rol oynadığını bildirib. O qeyd edib ki, hazırda Azərbaycanda pərakəndə ticarət şəbəkələrinin bazar payı təxminən 30–32 faiz təşkil edir.
ətraflı →