Məzmuna keçin

Tədbirlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Bakıda Beynəlxalq Pərakəndə Forumu 2026 keçiriləcək!

8 dekabr 2026-cı il tarixində Bakıda, Gülüstan Sarayında “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinin təşkilatçılığı ilə Beynəlxalq Pərakəndə Forumu 2026 keçiriləcək.

“Dialoq. Gələcək. İqtisadiyyat.” şüarı altında təşkil olunan forum müasir pərakəndə ticarətin inkişaf perspektivlərinin, sektorun strateji əhəmiyyətinin və mövcud çağırışlarının müzakirəsi, beynəlxalq təcrübə mübadiləsinin genişləndirilməsi və dövlət-biznes dialoqunun gücləndirilməsi üçün yüksək səviyyəli platforma olacaq.

Forum dövlət qurumlarının, aparıcı qida və qeyri-qida pərakəndə ticarət şəbəkələrinin, yerli istehsalçı və təchizatçıların, maliyyə institutlarının, sahə assosiasiyalarının və beynəlxalq tərəfdaşların nümayəndələrini bir araya gətirəcək. Tədbirdə yerli və xarici rəhbərlərin, top menecerlərin və mütəxəssislərin iştirakı nəzərdə tutulur.

Tarix: 8 dekabr 2026-cı il
Məkan: Gülüstan Sarayı, Bakı, Azərbaycan
Ətraflı məlumat və qeydiyyat: www.irf.az

Məqaləyə qayıt