Məzmuna keçin

Tədbirlər - Ticarət Şəbəkələri - iqtisadiyyatın gücü!

Skip menu
Skip menu
AZ | EN
AZ  |  EN
AZ  |  EN
← Geri

Pərakəndənin ortaq gələcəyi və yeni əməkdaşlıq imkanları

Pərakəndənin ortaq gələcəyi və yeni əməkdaşlıq imkanları

İstanbulda keçirilən “Perakende Zirvesi 2026”da iştirakımız davam edir. İkinci günün əsas mövzuları sektorlararası əməkdaşlığın dəyişdirici gücü və pərakəndədə yeni ticarət yanaşmalarıdır. Günün proqramında TPF və digər assosiasiyalar ilə yanaşı, Coca-Cola İçecek, ETİ, Evyap, Nestlé Türkiye, Unilever Türkiye, Sütaş və digər şirkətlərin nümayəndələrinin iştirakı ilə panel müzakirələri yer alır. Sərgi proqramı isə yeni məhsullarla tanışlıq, istehsalçı və təchizatçılarla birbaşa təmas, mümkün iş ortaqlıqlarının dəyərləndirilməsi üçün imkan yaradır.

“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi olaraq məqsədimiz bu imkanları üzv şirkətlərimizin beynəlxalq işgüzar əlaqələrinin genişlənməsinə yönəltmək, qarşılıqlı təcrübə mübadiləsini və Azərbaycan–Türkiyə pərakəndə əməkdaşlığını daha da inkişaf etdirməkdir.

Məqaləyə qayıt