Azərbaycan pərakəndəsi “Perakende Zirvesi 2026”da
“Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi Türkiyə Pərakəndəçilər Federasiyasının (TPF) dəvəti ilə İstanbulun Haliç Konqres Mərkəzində keçirilən 17-ci “Perakende Zirvesi”ndə iştirak edir. Pərakəndəçiləri, istehsalçıları və təchizatçıları bir araya gətirən tədbir konfrans və sərgi proqramını əhatə edir.
Zirvənin ilk günündə yeni nəsil ticarət, rəqəmsal mədəniyyət və dəyişən istehlakçı davranışları, eləcə də 2027-ci ilin iqtisadi perspektivləri diqqət mərkəzindədir.
2025-ci ilin oktyabrında Bursada ilə imzaladığımız Niyyət Protokolu ilə inkişaf etdirdiyimiz əməkdaşlığı bu dəfə İstanbulda davam etdiririk. Bu iştirak Azərbaycan və Türkiyənin pərakəndə sektorları arasında təcrübə mübadiləsini genişləndirmək, peşəkar əlaqələri möhkəmləndirmək və üzv şirkətlərimiz üçün yeni əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından əhəmiyyətlidir.
← Geri
Azərbaycan pərakəndəsi “Perakende Zirvesi 2026”da
10.09.2026






