TŞİİB və JRA arasında əməkdaşlıq imkanları müzakirə olunub
Tokioda keçirilən APRCE 2026 çərçivəsində “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyi ilə Yaponiya Pərakəndəçilər Assosiasiyası (JRA) arasında görüş keçirilib.
JRA-nın sədri Hirofumi Nomotonun iştirakı ilə baş tutan görüşdə Azərbaycan və Yaponiya pərakəndə sektorlarının inkişafı, qarşılıqlı təcrübə mübadiləsi və assosiasiyalar arasında gələcək əməkdaşlıq imkanları müzakirə olunub.
Tərəflər birbaşa əlaqələrin davam etdirilməsinə və FAPRA çərçivəsində əməkdaşlığın inkişafına maraq ifadə ediblər.
← Geri
TŞİİB və JRA arasında əməkdaşlıq imkanları müzakirə olunub
08.10.2026
